Türkiyənən Adana şəhərində 18 yaşlı qız özünü güllələyib. Qızın intihar etməsinə səbəb atasının onu evdə zəncirləməsi olub.
Belə ki, 18 yaşlı S.Y. atası və anası evdə olmadığı vaxt sevgilisini evə çağırıb. Onlar tək olduqları vaxt qızın atası pul kisəsini unutduğu üçün işdən evə qayıdıb. Qapını açan ata qızını yad oğlanla birlikdə tutub.
Qızın sevgilisi evdən qaçıb. Qəzəblənən ata qızını döyüb. O, qıza cəza olaraq evdən çıxmamağı tapşırıb.
“Bir daha məktəbə getməyəcəksən. Mənim icazəm olmadan evdən çıxmayacaqsan”, - deyən ata bidirib.
Kişi işə gedən zaman qızını evdə 9 metrlik zəncirlə bağlayırmış. Ev dustaqlığından bezən gənc qız atasının silahını götürərək özünü güllələyib. Hadisə qızın anası bazara gedən zaman baş verib. Ana evə qayıdıb qapını açanda qızını yerdə qan içində tapıb. Həkim çağırılıb. Müəyyən edilib ki, S.Y. tapança ilə sinəsindən bir dəfə atəş açıb. Qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Ata ifadə vermək üçün polis şöbəsinə çağırılıb (ans).
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib