İclasda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev gələn ilin büdcəsində olan azalmalarla bağlı danışıb.
"Bu gün Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. Dövlət universitetlərinin, səhiyyə obyektlərinin özəlləşdirilməsi həm büdcə üçün, həm də özəl universtitelər üçün yaxşı hal ola bilər”.
Deputat qaçqın və məcburi köçkünlərlə də bağlı məsləyə toxunub.
"Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaiti azaltmaq yox, əksinə artırmaq lazımdır. 20-25 ildir ki, onlar ağır şəraitdə yaşayırlar. Düşünürəm ki, onların problemləri həll olunmalıdır. Azərbaycanın real artımı 2016-cı ildə 2,5%, Ermənistanda isə bu göstərici 0% olacaq”.
Deputat bildirib ki, Ermənistan 2,6 milyard dollarlıq büdcəsinin 114 milyon dollarını Qarabağa ayırıb.
"Azərbaycanda isə strateji cəhətdən əhəmiyyətli bir yer olan Naxçıvana ayrılan dotasiya 15,4 milyon dollar azaldılıb. Buna görə düşünürəm ki, ora ayrılan dotasiyanın azaldılması yaxşı hal deyil. Naxçıvan hər tərəfdən blokada şəraitində olan bir ərazidir. Bunu özüm naxçıvanlı olduğuma görə demirəm, belə bir vəziyyət harda olsa, dilə gətirərdim”.
Vətəninfo.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?