20 il əvvəl yaralandığı yerdə minaya düşüb həlak oldu-Füzulidə

 20 il əvvəl yaralandığı yerdə minaya düşüb həlak oldu-Füzulidə

Füzulidə mina hadisəsi: 20 il əvvəl yaralandığı yerdə minaya düşüb həlak oldu

Füzuli rayon sakini tank əleyhinə minaya düşərək həlak olub.

"AzeriDefence”nin məlumatına görə, yanvarın 14-də Füzuli rayonunun Qazaxlar kəndində baş vermiş hadisə nəticəsində adıçəkilən kəndin sakini Şakir Namazov həlak olub.

Sahədə at üzərində hərəkət edən Ş.Namazov tank əleyhinə minaya düşüb.

Mərhumun 1990-cı illərin əvvəllərində həmin ərazidə ermənilərin gülləsinə tuş gəldiyi bildirilir. O zaman Ş.Namazov yaralansa da həyatda qalmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az