20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf

20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf
Ukraynalı bloger Andrey Popik 1990-cı ildə Bakıda qırğın törətmiş Sovet İttifaqı qoşununun əsgərindən (adı məlum deyil-red.) müsahibə alıb.

Axar.az xəbər verir ki, o, müsahibəni Yutub kanalında yayımlayıb.

Andrey Popik: 1990-cı ildə Qara Yanvar faciəsində iştirak etmisiniz?

Sovet İttifaqı qoşununun keçmiş əsgəri: Əlbəttə ki! Mən xidmətdə idim. Bu qanunsuz, icazəsiz mitinqlər idi.

- Axı, bu, silahsız insanlar idi və sən onları öldürürdün.

- Onlar qanuni hakimiyyətin getməsini tələb edirdilər.

- Sən hansi ildən azərbaycanlıları öldürməyə başladın?

- Orada hər şey 1989-cu ildən başladı. Axı bunun nə fərqi var ki? Nə fərqi var?

- Sən niyə o, insanların qarşısına silahla çıxmışdın?

- Qanuni hakimiyyəti qorumaq üçün.

- Azərbaycanlılar müstəqillik istəyirdilər və bu, konstitusiyaya əsasən onların haqqı idi, sən isə onların qanuni azadlıq tələblərinə qarşı çıxmısan. Bu mitinqlərdə 100-dən çox sadə vətəndaş öldürülüb.

- Həmin 100 nəfər sadə vətəndaş azərbaycanlılar tərəfindən öldürülən ermənilər olub (20 Yanvarda qətlə yetirilənlər arasında bir nəfər də erməni yoxdur – red.). Radikallar isə binadan bizim hərbi şəhərciyə atəş açmağa başlamışdılar. Orda komendat saatı tətbiq olunmuşdu.

- Bakıya Sovet İttifaqının 20 min hərbi kontingenti daxil edilmişdi, düzdü?

- "Sovet qoşunlarının əsgərləri” demək tam düzgün deyil, çünki ora Krasnodar diyarından, Rostovdan partizanlar cəlb edilmişdi. Amma heç kim sadə vətəndaşı öldürməyib.

- Mənim əlimdə rəsmi bəyanat var, necə yəni sadə vətəndaşlar öldürülməyib?

- Sən əlində olanı oxuyursan, mən isə bu hadisənin birbaşa iştirakçısıyam. Bizə 15 mərtəbəli binadan odlu silahdan atəş açılmışdı (Bakıda o dövrdə 15 mərtəbəli bina yox idi – red.)

- 20 Yanvar faciəsi zamanı insanlar vəhşicəsinə öldürülüb...

- Deməli, Rusiya ərazisindən Bakıya ordu yeridildi. O zaman komendant saatı elan olundu. Səhv etmirəmsə, axşam saat 18:00-a qədər. Buna uyğun olaraq 6-dan sonra şəhərdə heç bir hərəkət olmamalı idi. Öldürmək barədə əmr verilməmişdi.

- Belə çıxır ki sizə əmr verilmədən, özünüz sadə insanları öldürmüsünüz?

- Məni provakasiyaya çəkmə. Hərbçilərə vətəndaşlara atəş açmaqla bağlı göstəriş verilməmişdi.

- Bəs bu vətəndaşları kim öldürdü? Baxın, 130-dan 170-ə qədər vətəndaş öldürülüb.

- Bu, yalandır, vəssalam.

- Axı bu rəsmi məlumatdır necə yalan ola bilər. Yalançı sənsən!


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az