Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi «Media və cəmiyyət münasibətlərində media müzakirələri» adlı yeni layihəyə start verib.
Qurumun mətbuat xidmətindən “Vətəninfo.az”a daxil olan məlumata görə, layihədə məqsəd Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin problemlərin aradan qaldırılmasına effektik təsir mexanizminin formalaşmasına dəstək göstərməkdən ibarətdir. Əsas hədəflərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyətlə medianın əlaqələrini möhkəmləndirməkdir.
İlin sonunadək həyata keçiriləcək layihə çərçivəsində ATƏT-in Bakı ofisinin, Mətbuat Şurasının, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, media ekspertlərinin iştirakı ilə «İctimai TV»də proqramların təşkili nəzərdə tutulur. Proqramlarda başlıca olaraq KİV-lərin iqtisadi çətinlikləri, jurnalistika təhsili, yeni media, diffamasiya və digər bu kimi məsələlər ətrafında müzakirələr təşkil olunacaq.
Qeyd edək ki, layihə çərçivəsində ilk tədbirin bu günlərdə reallaşdırılması planlaşdırılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?