Cəbhədən...
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istafadə etməklə son
sutka ərzində atəşkəs rejimini ümumilikdə 83 dəfə pozub.
Ermənistan
Respublikası İcevan rayonunun Vazaşen, Berkaber, Noyemberyan rayonunun
Şavarşavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun
ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı, Fərəhli, Kəmərli
kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz
rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy
rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Göyarx,
Ağdam rayonunun Şuraabad, Şıxlar, Qaraqaşlı, Cəvahirli, Kəngərli,
Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan,
Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl
rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Vətəninfo.az