Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
Vətəninfo.az - Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində 60 millimetrlik minaatanlardan
da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun
Sarıcalı, Kəngərli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli
rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş
zərbəsi endirib.