Şəmkirdə ağır qəza
Şəmkirdə sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
APA-nın verdiyi məlumata görə hadisə Bakı-Qazax magistralından Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.
Rayonun Muxtariyyə kənd sakini 1976-cı il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi VAZ-2107 ilə benzin daşıyan yük maşını toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü ağır xəsarət alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Miq.az