Ramil Usubovdan yeni rəis - Təyinatları

Ramil Usubovdan yeni rəis - Təyinatları

Azərbaycanda daha iki rayona yeni polis rəisləri təyin edilib.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuş Hikmət Quliyev Şirvan şəhər Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini İlqar Məmmədov Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Şirvan rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev tutduğu vəzifədən azad edilərək Şamaxı rayon Polis Şöbəsinin rəisi, Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov isə tutduğu vəzifədən azad edilərək Masallı rayonun Polis Şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.(APA)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az