Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Abşeron rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Miq.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Qaz İxrac” İdarəsinə məxsus "Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyunun 08-də saat 09:00-dan işlər başa çatanadək "Qobu”, "Müşfiqabad”, "Aşağı Güzdək”, "Pirəkəşkül” və "Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonu ərazisində yerləşən Xırdalan şəhəri, Aşağı Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Qobu, Nübar, Müşfiqabad, 28 May, Ceyranbatan və Saray qəsəbələri, Müşviqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi və 21 iri həcmli sənaye qrup istehlakçılarının qaz təchizatında fasilə yaranacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az