Medianın İnkişafı Agentliyi adı çəkilməyən şəxslərə və mediaya xəbərdarlıq edir

Medianın İnkişafı Agentliyi adı çəkilməyən şəxslərə və mediaya xəbərdarlıq edir
Medianın İnkişafı Agentliyi avqustun 19-da müraciət yayaraq medianı KİV haqqında qanunu və jurnalist etikasını pozmamağa çağırıb. Hadisələri birtərəfli işıqlandırılmaqda, qarşı tərəfin mövqeyini verməməkdə gunahlandırıb.

"Belə faktlar təkrarlandığı halda müvafiq tədbirlər görüləcək, – müraciətdə deyilir. Lakin bu sənəddən konkret hansı qanun pozuntularından söhbət getdiyini və kimin tərəfindən törədildiyini anlamaq mümkün deyil.

Ola bilsin ki, söhbət Fövqəladə Hallar Nazirliyindəki porno qalmaqalla bağlı son iki-üç gündə mediada və sosial şəbəkələrdə çoxsaylı yazılardan gedir. Belə ki, bir sıra mənbələr bu idarənin əməkdaşlarını ifşa edən foto və videoları dərc edib.(Turan)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az