ERMƏNİLƏR LAÇINI BOŞALDIR - Bu gündən şəhərə verilən qaz, su, işıg kəsiləcək

ERMƏNİLƏR LAÇINI BOŞALDIR - Bu gündən şəhərə verilən qaz, su, işıg kəsiləcək

Laçın şəhərində qanunsuz olaraq məskunlaşdırılmış ermənilərin son qalıqları da bu gün oranı tərk etməli olacaq. Belə ki, erməni mediasının məlumatına görə, bu gündən Laçına verilən qaz, su, işıg kəsiləcək. 

Qeyd edək ki, ümumilikdə şəhərdə 70 nəfər vardı ki, onların əksəriyyəti Ermənistana, az bir hissəsi Əsgərana köçəcək. Onlara yeni mənzil almaq üçün müəyyən kompensasiya vəd olunub.

Avqustun 18-də onlar 1998-ci ildə tikilmiş yerli kilsəyə toplaşaraq "timsah göz yaşları" töküb, vida ayini qılıblar.

1992-ci ilin mayında şəhər işğal edildikdən sonra ermənilər buraya köçürülüb. Ondan əvvəl Laçında erməni yaşamayıb.

Ermənistanla Qarabağ arasında yeni yolun Laçından yan keçməsi şəhərin Azərbaycana qaytarılmasını təmin edib. Bu barədə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla nəzərdə tutulub. /"AzPolitika.info"/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az