İsmayıllının Zərnava kənd sakini Yusif Abdurəhmanov 04.06.2015-ci il tarixdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan qızı, 04.01.1992-ci il təvəllüdlü Səidə Abdurəhmanovanın bu il iyun ayının 2-də saat 12.00 radələrində evdən xəbərsiz çıxaraq getdiyini, bir daha geri qayıtmadığını bildirib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Səidə Abdurəhmanovanın xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, gözlərinin rəngi şabalıdı, saçları uzun və qara rəngli, sifəti ağbənizdir.
Evdən çıxan zaman Səidənin əynində tünd göy rəngli cins şalvar, ön hissəsində qırmızı rəngli gül şəkilləri olan qısaqol ağ köynək, tünd göy rəngli gödəkçə, ayağında isə göy idman çəkməsi olub.
Səidə Abdurəhmanovanı görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok