3 bacının yeganə qardaşı - Şəhidimiz 2 ay əvvəl evlənibmiş... - VİDEO

3 bacının yeganə qardaşı - Şəhidimiz 2 ay əvvəl evlənibmiş... - VİDEO

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində 50 nəfər hərbçimiz şəhid olub.
 Vətən uğrunda canından keçənlərdən biri də Lerikin Əlivə kəndindən olan Sadıxov Şəmistan Abdulağa oğludur.
Şəhidimizin cənazəsi dünən axşam saatlarında doğulduğu kəndə gətirilib, böyük izdihamla qarşılanıb, qonşu kəndlərdən, rayonlardan insanlar axın edib.




28 yaşlı Şəmistan ömrünün 7 ilini hərbidə, Sərhəd Qoşunlarında gizir kimi xidmət edib.

3 bacının yeganə qardaşı olan Şəmistan, bacılarını köçürəndən sonra evlənməyə qərar verib.

Elə 2 ay öncədə o, ailə həyatı qurub.

Bir həftə əvvəl isə həyat yoldaşı Lənkəran şəhərində əməliyyat olunubmuş. Buna görə də ona 5 günlük məzuniyyət verilib.

3 gün əvvəl Lənkərana gələrək yoldaşına xəstəxanada baş çəkib. Sonra kəndə evlərinə gəlib. Elə həmin gün, yəni iki gün əvvəl təcili onu geri çağırıblar.


Məhərrəmlik çatdığından ailə Şəmistanın heç toy kasetinə də baxmağa macal tapmayıb.










İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az