30 yaşlı qadın bıçaqlandı
Şəmkir rayonunun Çınarlı qəsəbə sakin 30 yaşlı Ramilə Zeynalova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ötən gün axşam saat 23 radələrində Çınarlı qəsəbəsində baş verib. Xəstəxanaya yerləşdirilən Ramilə Zeynalovaya ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, bıçaq daxilə nüfuz etmədiyindən, yaralıya ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
SİA