“Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atıb

“Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atıb

Bakıda intihar hadisəsi baş verib.

 

Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

 Nizami Rayon Polis İdarəsindən  bildirilib ki, intihar edən şəxs "Azəriqaz”da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

 Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az