Altı uşağını, yoldaşını və anasını öldürən şəxs saxlanılıb

Altı uşağını, yoldaşını və anasını öldürən şəxs saxlanılıb
Rusiyanın Nijni Novqorod şəhərində altı uşağını, yoldaşını və anasını qətlə yetirməkdə şübhəli bilinən Oleq Belov Vladimir vilayətinin Kovrov şəhərində qayınanasının evində  saxlanılıb. Bu barədə APA "LifeNews”-a istinadən xəbər verir.
"Saxlanılan an Belov evdə olub. Onun motivləri hələlik məlum deyil. Onun orada pusqu qurduğu, yaxud da, sadəcə, gizləndiyi ehtimal olunur”, deyə mənbə bildirib.     
Məlumata görə, şübhəli şəxs Kovrovda xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılma yerli sakinlər üçün təhlükəsiz yerdə həyata keçirilib.  
Saxlanılan zaman  Oleq Belov sərt müqavimət göstərib və bıçaqla əməliyyatçılara hücum edib. Cinayətkarı zərərsizləşdirmək məqsədilə polis əməkdaşları xidməti silahdan istifadə etməli olublar.  
Məlumata görə, saxlanılan şəxs hazırda  qarın nahiyəsindən aldığı güllə yarası ilə tibbi müəssisələrin birinə yerləşdirilib.    
Oleq Belovun qayınanasının bildirdiyinə görə, kürəkəni ikinci qrup əlil olub və şizofreniya xəstəliyinə görə ruhi-əsəb dispanserində qeydiyyatda olub.

Vətəninfo.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az