Qətlin səbəbi məlum olub
Bu il iyunun 25-dən 26-na keçən gecə keçmiş həyat yoldaşı Natəvan
Əliyevanı xüsusi amansızlıqla qətlə yetirən Samir Əliyev haqda məlumat
əldə etmişik.
Axar.az xəbər verir ki, mərhum
Natəvan Əliyeva Samir Əliyevin doğma dayısı qızı olub. Evlilikdən bir
neçə il sonra Samirin ailəsində narazılıqlar baş qaldırıb. Ailəyə qarşı
biganəlik, başqa qadınla münasibət Natəvanın haqlı narazılığına səbəb
olub. Samir isə başqa qadınla birgə yaşamağa davam edib.
O,
evə nadir hallarda gəlirmiş. Mənbəmizin məlumatına görə, Samirin
qeyri-qanuni yaşadığı qadından bir uşağı var. Bütün bu səbəblərdən
Natəvan Samirdən boşanmağa qərar verib, ailəsinə Samirlə bir yerdə
yaşaya bilməyəcəyini bildirib. Qanuni nikaha xitam verildikdən sonra
Samirdə qısqanclıq baş qaldırıb. Bir müddətdən sonra Natəvanın özünə
avtomobil alması isə Samirin səbr kasasını doldurub. Cinayətin də məhz
bu səbəbdən törədildiyi ehtimal olunur.
Natəvan Əliyeva ilə
Samir Əliyevin anası Rəhimə Əliyeva Xətai rayonu ərazisində yerləşən
eyni binada yaşadığından, keçmiş ərə niyyətini həyata keçirmək o qədər
də çətin olmayıb. Qətli həyətdəki qarajda törədən S.Əliyev sonradan
meyiti hadisə uzaqlaşdıraraq, Xızıya aparıb və Bakı-Quba yolunun 55-ci
kilometrində, yolun sağ hərəkət hissəsində yandırıb. Meyiti iyulun 6-da
Xızı Rayon Polis Şöbəsi əməkdaşları aşkarlayıb.
Bakıdakı
191 saylı orta məktəbin direktoru Rəhimə Əliyevanın oğlu Samir Səməndər
oğlu Əliyev bu gün həbs olunub. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla adam öldürmə) maddəsində ittiham olunub və barəsində 2 ay
müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı şəhər sakini, 1981-ci
il təvəllüdlü Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən
xəstəxanaların birində həkim işləyirdi, üç övladı var.
Vətəninfo.az