300 ton qızılla yüklənmiş qatar tapıldı - İDDİA

300 ton qızılla yüklənmiş qatar tapıldı - İDDİA
Polşada yaşayan iki nəfər II Dünya Müharibəsi zamanı içərisi qızıl və ləl-cəvahiratla dolu olan və yoxa çıxan qatarı tapdıqlarını iddia ediblər.
Vətəninfo.az-ın məlumatına görə, ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, II Dünya Müharibəsi zamanı itdiyi və içi qızıl dolu qatarın tapıldığı deyilir.
Faşistlərə aid bu qatar 1945-ci ildə sovet silahlı qüvvələri yaxınlaşan zaman yoxa çıxdığı deyilir. BBC-nin yaydığı xəbərdə deyilir ki, Polşa vəkilləri ilə təmasa girən iki nəfər qatarın yerini müəyyən etdiklərini bildiriblər. Polşa mətbuatı qatarı tapan şəxslərin onun içərisindəki qızılın 10 faizini istədiklərini və bunu üçün də ilk vəkillərə müraciət edərək hüquqlarının qorunmasını istəyiblər. Yerli media bələdiyyələrin də iddialarla bağlı araşdırmalara başladıqlarını yazır.
Qızıl dolu qatarın itməsi əfsanələrinə görə, o, Polşanın Ksiaz qalası yaxınlığında itib. Əgər qatarı tapanların iddiası doğrudursa, qatarda düz 300 ton qızıl var. 
Joanna Lamparska adlı bir tarixçiyə görə, qızılla bərabər qatarda təhlükəsi maddə dı var və qatar hansısa yeraltı tünellərdən birində gizlədilib. İndiyə qədər bölgədə aparılan bütün axtarışlar heç bir nəticə verməmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az