“3+3” ölkələri XİN başçıları birgə bəyanat qəbul etdi

“3+3” ölkələri XİN başçıları birgə bəyanat qəbul etdi
Tehranda "3+3” formatında danışıqlar zamanı XİN başçıları münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq, növbəti görüşün Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.

Miq.az xəbər verir ki, bu barədə görüşün yekunlarına dair birgə bəyanatda deyilir.

"Ölkələr arasında qarşılıqlı maraqlara və mehriban qonşuluğa əsaslanan dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, nazirlər münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edirlər”, – deyə sənəddə bildirilir.

Bəyanatda suverenliyə və ərazi bütövlüyünə hörmət, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, təhdidlərin və ya güc tətbiqinin qadağan edilməsi kimi məsələlərə öz əksini tapıb.

Sənəddə həmçinin Cənubi Qafqaz ölkələri arasında mədəni və iqtisadi əməkdaşlığın vacibliyi də vurğulanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az