3,5 milyard dollar İKT layhələrinə ayrılır

3,5 milyard dollar  İKT layhələrinə ayrılır

Azərbaycan hökuməti növbəti 10 ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) layihələri üçün 3,5 milyard dollar xərcləməyi planlaşdırır.” AzərTAc”ın yaydığı məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən  bildirmişlər ki, bu vəsaitin çox hissəsi özəl sektorun payına düşür. Özəl sektorun rolunu genişləndirmək məqsədilə xüsusi təkmilləşdirilmiş maddi, maliyyə və investisiya mühiti yaradılır. Qeyd edək ki, Avrasiya, həmçinin ərəb regionunda qlobal şəbəkəyə yüksək səviyyədə qoşulmanı təmin etmək üçün Azərbaycanın təşəbbüsü ilə layihələr həyata keçiriləcəkdir. Birinci layihə Avropanı Asiya-Sakit regionu ilə birləşdirən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsidir. Rusiya, Azərbaycan, İran və Omanı əhatə edən körfəz ölkələri vasitəsilə Avropaya qoşulan ikinci layihə isə EPEG (Avropa-Asiya İnformasiya Magistralı) adlanır. “Vətəninfo” 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az