53012 nəfər Prezident təqaüdü alır

53012 nəfər Prezident təqaüdü alır

Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezident təqaüdü təyin olunaraq ödəniş verilən şəxslərin sayı hazırda 53012 nəfər təşkil edir.
Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı müvafiq  fərman və sərəncamlarla ötən ilin aprel ayının əvvəlindən ayrı-ayrı təbəqələrdən olan vətəndaşlara təyin olunmuş Prezident təqaüdlərində əhəmiyyətli artımlar edilib. Bununla da ötən ilin ilk rübü ilə müqayisədə cari ilin yanvar-mart aylarında ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği müharibə əlilləri və onlara bərabər tutulan şəxslər üçün 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 81,8% çox olub. Eyni zamanda, ötən il aprelin 1-dən I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara, cari ilin əvvəlindən isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də Prezident təqaüdünün təyin olunaraq ödənilməsinə başlanıb.
Beləliklə də ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk rübündə Prezident təqaüdü ilə təmin olunan vətəndaşların sayı 18136 nəfər (52%), bu təqaüdlər üçün dövlət büdcəsindən yönəldilən vəsait isə 5,3 milyon manat və ya 35,4% artıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az