7 ölkədən Rusiyaya qarşı bəyanat: “Ordunu Ukraynadan çıxar"

7 ölkədən Rusiyaya qarşı bəyanat: “Ordunu Ukraynadan çıxar

Yeddi ölkənin nümayəndəsi Rusiyanı dərhal güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Asiya-Sakit Okean İqtisadi Forumunun bir sıra ölkələri Rusiya Federasiyasını bütün qoşunlarını Ukraynadan çıxarmağa çağırıb.

Rusiyaya qarşı bu tələbi APEC-in yeddi dövləti - ABŞ, Kanada, Avstraliya, Yaponiya, Yeni Zelandiya, Koreya Respublikası və Çilinin nümayəndələri irəli sürüb.

"Açıq, dinamik, davamlı və sülhsevər Asiya-Sakit Okean regionunun dəstəklədiyi qaydalara əsaslanan beynəlxalq nizamın vacibliyini bir daha təsdiq edərək, biz Rusiyanı dərhal güc tətbiq etməkdən çəkinməyə və bütün silahlı qüvvələrini Ukraynadan tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırırıq”,- bəyanatda bildirilib.

Bundan əvvəl Banqkokda (Tailand) APEC ölkələrinin ticarət nazirlərinin iclasının keçirildiyi bildirilib. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxış etməyə başlayanda ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiya nazirləri zalı tərk ediblər.

Xatırladaq ki, Rusiya fevralın 24-də səhər tezdən Ukraynanı işğal edib. Düşmən əvvəlcə hərbi obyektlərə hücum edib, sonra isə dinc şəhərləri atəşə tutub. Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın irimiqyaslı təcavüzü nəticəsində təkcə Mariupolda 20 mindən çox qurban var.

Qeyd edək ki, APEC Asiya-Sakit Okean regionunun 21 ölkəsinin iştirak etdiyi forumdur, regional ticarət sahəsində əməkdaşlıq, eləcə də sərmayə qoyuluşunu asanlaşdırmaq üçün yaradılıb. Forumda Rusiya da təmsil olunur.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az