“Türkiyə Univeristetləri Məzunları”İctimai Birliyinin borcu var deyə
Uzun müddətdir “Türkiyə Univeristetləri Məzunları” İctima Birliyi qərargahsız qalıb.Bunula bərabər içtimai birlik ona məxsus olan sənədlərdən belə istifadə edə bilmir.Bunun səbəbi isə Azər Aqrotikinti Səhimdar Cəmiyyəti və cəmiyyətin sədri,millət vəkili Ağalar Vəliyevdi. “Vətəninfo.az”a bununla bağlı danışan İb-yin sədri Çingiz Bayramlı bildirib ki, TUMİB uzun müddət müqavilə əsasında SC-in Şəfaət Mehtiyev küçəsində yerləşən binasında içarə əsasında oturduğu 1 otaqlı qərargahdan çölə atılmasıdır. Çingiz Bayramlının sözlərinə görə, SC-in binasında müqavilə əsasında oturduqlarından SC-tə müqaviləyə uyğun olaraq hər ay icarə haqqı ödəməli idlər.Amma İB-in maliyyə qaynaqları olmadığınıdan SC-nə icarə borcları 2 min mamata qədər artıb.Belə olduqda da SC-in sədri,millət vəkili Ağalar Vəliyevin göstərişi ilə binadan bütün əmlakları müsadirə olumaqla çölə atılıblar:
“Məsəslə burdadır ki,biz o pulu ödəmək istəyirik.Ancaq mənim İB-dən kənar işim olmadığından və birliyin də aylıq gəlirləri yoxdur deyə.biz bu pulu ödəyə bilmirik.Ağalar müəllimdə əlində müqaviləni əsas tutaraq İB-yə məxsus komputerləri,digər ofiz ləvazimatlarını girov saxlayaraq bizi binadan çıxarıb”.
Birlik sədri maraqlı bir fakta bildirdi ki, hətda onlar bəzi sənədləri və ulu öndər Heydər Əliyevin, ölkə prezidenti İlham Əliyevlə 2007-ci ildə çəkdirdikləri rəsimləri belə Ağalar Vəiyevdən ala bilmirlər:
“Dəfələrlə deməyimizə baxmayaraq nə bəzi sənədləri ordan götürə bilirik, nə də Atatürkün və ulu öndər Heydər Əliyevin və ğlkə prezidenti İlham Əliyevin Türkiyə əzunları ilə birgə çəkdirdiyi şəkilləri”. Məsələ ilə bağlı millər vəkili SC-in rəhbəri Ağalar Vəliyevlə əlaqə saxlamaq cəhtlərimiz baş tutmadı.Millət vəkilinin də mövqeyini öyrənməyə cəht edəcəyik.
Kənan