Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun şirkəti Moskva Dairəvi Avtomobil Yolunun tikintisinə dair layihəni alıb.
Vətəninfo.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu, yol tikintisi layihəsinə dair Moskva hökumətinin strukturu olan "Avtodor” tərəfindən keçirilən tenderin qalibi, "Qazprom”un podratçısı "Stroyqazkonsaltinq” şirkətinin tikinti işlərinə başlamaması nəticəsində mümkün olub.
"Stroyqazkonsaltinq” ərəb əsilli biznesmen Ziyad Manasirə məxsus idi. Bu yaxınlarda şirkətin mülkiyyətçisi dəyişib.
Həmin tenderdə Ağalarovun "Crocus Group” şirkəti də iştirak etmişdi və ən aşağı qiymət təklif etməsinə baxmayaraq "Avtodor” şirkətin yol tikintisində kifayət qədər təcrübəsinin olmamasını əsas gətirərək "Stroyqazkonsaltinq”i qalib elan etmişdi. Mətbuat isə bunun arxasında korrupsiyanın dayandığını yazırdı.
Moskva meriyasının Yeni Ərazilərin İnkişafı Departamentinin rəhbəri Vladimir Jidkin bildirib ki, magistralın tikintisi nəzərdə tutulduğu kimi 2016-cı ildə başlayacaq.
"Baş podratçı ilə bağlı problemlər meydana çıxdı, hazırda belə qərara alındı ki, əvvəlki podratçının layihədən çəkilməsinə görə ikinci yeri tutan "Crocus Group” işləri görəcək”- deyə Jidkin bildirib.
Bu nəhəng yol infrastrukturunun tikintisi üçün büdcədə 51 milyard rubl - indiki kursla təxminən 800 milyon dollar nəzərdə tutulub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?