ABŞ Azərbaycan sərhədlərində yeni nüvə bombaları yerləşdirəcək – ŞOK İDDİA

ABŞ Azərbaycan sərhədlərində yeni nüvə bombaları yerləşdirəcək – ŞOK İDDİA

ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir.

Bu haqda diplomatik mənbəyə istinadən "RİA-Novosti” agentliyi bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, ABŞ sözügedən məsələni Brüsseldə 11-12 iyul tarixlərində keçiriləcək NATO sammitində qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, söhbət "B61” Amerika taktik bombalarının GPS sistemi ilə təchiz edilmiş "B61-12” bombaları ilə əvəzlənməsindən gedir. Avropa KİV-inin məlumatına görə, "B61” bombaları 1960-cı illərdən Almaniya, Niderland, Belçika, İtaliya və Türkiyədə yerləşdirilib.

Xatırladaq ki, ABŞ-ın Hərbi-Hava Qüvvələri iyunda "B61-12” yeni idarə olunan nüvə bombasının birinci ixtisas sınaqlarını keçirib. Sınaqlar zamanı "B-2 Spirit” gözəgörünməz strateji bombardmançılardan istifadə olunub. ABŞ Konqresinin hesablamalarına görə, 2017-2046-cı illərdə ABŞ taktiki nüvə güclərinin modernləşdirilməsi üçün 25 milyard dollar maliyyə ayırmağı planlaşdırılır.

"B61-12” təyyarə bombaları "F-35 Lightning II” beşinci nəsil çoxfunksiyalı qırıcılarının platformalarına uyğun olmalıdır. Gözlənilir ki, "B61-12” bombalarının birinci partiyası 2020-ci ildə silahlanmaya daxil ediləcək./Publika.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az