ABŞ III Dünya müharibəsinə başlayır - Savaş anonsu verildi
Əgər Rusiya Avropa və Kanada kimi Birləşmiş Ştatlara tabe olub,
vassalına çevrilməsə, Ağ Ev Moskvaya qarşı müharibəyə başlayacaq.
"Reyqanomika"nın
atası, məşhur analitik Pol Kreyq Roberts hesab edir ki, Pentaqon artıq
yeni hərbi strategiyasını bəyan edib. Bu strategiyada müstəqil siyasət
yürüdən ölkələr hədəf götürülüb.
Xatırladaq ki,
Vaşinqtonun yeni milli hərbi doktrinasında əsas hədəf terrorçular deyil,
ABŞ tərəfindən müəyyən edilən beynəlxalq normalara qarşı çıxan dövlət
subyektləri göstərilir.
Pol Kreyq Roberts hesab
edir ki, guya beynəlxalq normaları pozan ölkələr ABŞ-ın maraqlarını
nəzərə almadan qərar verirlər. Ona görə də Vaşinqton həmin ölkələri özü
üçün təhlükə hesab edir və bu ölkələrə hücum etməyi planlaşdırır.
Politoloqun
sözlərinə görə, hazırda ABŞ əsas hədəf kimi Rusiya, Çin və İranı
götürüb. Bundan başqa Vaşinqtonun yeni milli hərbi doktrinasında
Ermənistan, Qırğızıstan və Cənubi Amerika ölkələrində dövlət
çevrilişlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Vaşinqton
bu yaxınlarda üçüncü dünya müharibəsinin qaçılmazlığını etiraf edən
Çini "cilovlamağa" ümid edir və bu ölkə ilə Cənub-Çin dənizində yerləşən
adalara görə qarşıdurma vəziyyətindədir.
Rusiyanı
beynəlxalq normaları kobud şəkildə pozduğunu bildirən Kreyq Roberts
Pentaqonun doktrinasının amerikalıların təhlükəsizliyi naminə yeni
münaqişələrin baş verəcəyini təsdiqlədiyini deyib.
"Bu
sənəd ondan xəbər verir ki, Rusiya ilə müharibə bizim gələcəyimizdir.
Moskva Avropa, Kanada, Avstraliya, Ukrayna və Yaponiya kimi ABŞ-a tabe
olmasa, müharibə başlayacaq. Onda biz hamımız öləcəyik, ya da Rusiyanın
cavabını verəcəyik", - Roberts bildirib.
Qeyd edək
ki, ABŞ iyulun 10-da Nevada ştatının Tonop poliqonunda yeni nüvə
bombasının sınağını həyata keçirib. Rusiya Müdafiə Nazirliyi buna dərhal
reaksiya verib.
Müdafiə nazirinin müavini Anatoli Antonov Vaşinqtonun bu addımını təxribat adlandırıb.
"Nüvə
silahının sınağının keçirilməsi Vaşinqtonun "nüvə silahları
olmamalıdır" bəyanatına tamamilə ziddir. Yeni sınağın həyata keçirilməsi
F-15E bombardmançı qırıcıların nüvə başlıqlı silahları daşımasını sübut
edən faktdır. Bu onu deməyə əsas verir ki, nüvə sınağı В61-12 atom
bombasının Avropada yerləşdirilən NATO bombardmançı qırıcılarında
istifadə mümkünlüyünü yoxlamaq üçün keçirilib", - Antonov bildirib.
Nazir
müavininin sözlərinə görə, bu sınaqlar ABŞ-ın Avropada Rusiya
ərazilərini dəqiq vura bilən nüvə silahlarını yerləşdirmək planının
olduğunun bariz nümunəsidir./anspress/