Qaradağ rayon polisi Lökbatan qəsəbə sakinini narkotiklə saxlayıb.
ARB TV xəbər verir ki, Ruslan Ağayevdən 27,171 qram heroin götürülüb. Daha sonra onun evinə baxış zamanı əlavə olaraq 1 kq 151 qram da heroin aşkar edilərək götürülüb.
Ruslan Ağayev (saxlanılan şəxs): "1 ay bundan qabağ İrana gedib Yaşarla görüşdüm. Min manat pul verdim. Dedi ki, Bakıda malını verərəm. Bakıda zəngləşib görüşdük. 1 kilo heroin verdi. Mal 10-15 gün evdə qaldı, çölə çıxanda polislər saxladı. Mən də açıq etiraf etdim ki, evimdə də var".