“Adi lift məsələsi həll edilmir"

“Adi lift məsələsi həll edilmir
Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa binaların istiliklə təmin edilməsi məsələsini qaldırıb.
O qeyd edib ki, xüsusilə də mənzil-istismar sahələrinin tabeliyindəki binalarda yenə problemlər var: "Adi lift məsələsi həll edilmir. Elementar məsələlərin həlli istiqamətində problemlər qalır, qurumlar var, amma problem qalır”.

Fazil Mustafa Azərbaycanda doğulan uşağa verilən müavinətin azlığından da danışıb: "Azərbaycanda doğulan uşağa verilən müavinət 75 manatdır”.

Deputat xaricdən alınan cins heyvanın doğduğu buzova görə fermerə 100 manat verildiyini də diqqətə çatdırıb: "Zəngin insan bunu ötüşdürə bilər. Amma kasıb ailə üçün bu çox vacibdir və uşağın xərcləri baxımından bu vəsait azdır. Təşəbbüs qaldırılaraq bunun üzərinə gedilməlidir. Bu məsələ həll edilməlidir və uşağın həyatı ilə bağlı məsələ barədə düşünməliyik”.

Fazil Mustafa təhsil ala bilməyən azərbaycanlılardan da söz açıb:

"İstanbulda təhsil ala bilməyən 2500-dən artıq azərbaycanlı uşaq var. Onların 500-ü məscidlərdə təhsil alır. Səhərisi gün onlar Quma gedəcək və Azərbaycana zombiləşmiş insan kimi qayıdacaqlar. Bununla da problem yaranacaq. Dövlət onların təhsil ala bilməsinə diqqətli olmalıdır. Bu təkcə Təhsil Nazirliyinin məsələsi deyil, bütün qurumlar buna diqqət etməlidir. Dövlət əlini bu məsələnin üstünə qoymasa, problem həllini tapmayacaq”.

Deputat Bakıdakı yarımçıq tikililərə də diqqət çəkib: "Çox sayda sahibkar artıq müflisləşib. İpoteka ilə bağlı islahatlara gedilsə, sahibkar binanı tamamlaya, ailə isə evə yiyələnə bilər”.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az