Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçında baş verənlər yenidən müzakirə olunub.
Apasport.az saytının məlumatına görə, əsas müzakirə mövzusu meydan sahiblərinin və millimizin qapıçısı Kamran Ağayevin hərəkəti olub.
Oyunun 79-cu dəqiqəsində rəqibə bilərəkdən zərbə endirən qolkiperin hərəkəti hakimin gözündən yayınsa da, AFFA bu məsələyə baxmağı lazım bilib. Matçın videoyazısını izlədikdən sonra İntizam Komitəsi Ağayevi 3 oyun cəzalandırıb. “Qəbələ” isə qapıçısına görə 3000 manat cərimə olunub.
Hakimlər Komitəsinə ədalət təmsilçiləri ilə bağlı lazımi tədbirlər görüb İntizam Komitəsinə məlumatlandırmaq tapşırığı verilib.
Bundan başqa, meydan sahibləri 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000, qonaqlar isə Elvin Məmmədovun qırmızı vərəqəsi üçün 200 manat cərimə edilib. Yarımmüdafiəçinin özü 1 oyunluq cəza da alıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib