Vətəninfo.az məlumat verir ki, APA-nın "NEWS.am”-a istinadən verdiyi xəbərə görə, "Ayağa qalx, Ermənistan!” hərəkatının fəalları meydana aparan Vazgen Sarkisyan küçəsini bağlamağa cəhd edib, lakin polisin müdaxiləsindən sonra bu cəhdin qarşısı alınıb.
Məlumata görə, İrəvan polisinin rəis müavini Valeri Osipyan meydana gələrək müxalifət fəallarını dağılışmağa çağırıb.
Qeyd edək ki, bundan az əvvəl polis aksiya iştirakçılarından 10 nəfəri saxlayıb. Məlumata görə, onların saxlanmasına səbəb polisin tələblərinin yerinə yetirilməməsi olub.
Məlumata görə, fəallar İrəvanın mərkəzindəki Respublika meydanına avtomobil şinləri gətiriblər. Onlar polisin təkərləri meydandan yığışdırmaq tələbinə əməl etməkdən imtina ediblər. Saxlanılan etirazçıların şəxsi əşyalarının da polis tərəfindən götürüldüyü bildirilir.
Xatırladaq ki, iyulun 27-dən İrəvanın mərkəzindəki Respublika meydanında oturaq etiraz aksiyası keçirilir. Etirazçılar elektrik enerjisi tarifinin qaldırılması qərarının ləğv edilməsini, "Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsini və İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının buraxılmasını tələb edirlər.
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…