Aktyorun arvadını döydüyü görüntü yayılıb - VİDEO

Aktyorun arvadını döydüyü görüntü yayılıb - VİDEO
Hollivud ulduzu Conni Depplə boşanmağa hazırlaşdığı xanımı Ember Herdin videosu yayılıb. 

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, cütüyün boşanması ilə bağlı məhkəmə prosessi gecikib. Buna səbəb aktrisanın Los-Ancelesə gələ və ifadə verə bilməməsi olub. Buna baxmayaraq Ember sakit dayanmır. O telefonla çəkdiyi, ərinin onu döydüyü videonu sosial şəbəkədə yayıb. 

Videoda Conninin qabları sındırması, əsəbi olması əks edilib. Emberin onu çəkdiyini başa düşən Conni daha da əsəbiləşib, ona hücum edərək, telefonu əlindən almaq istəyib. Nəticədə o, arvadını vurub. 

Mütəxəssislər bildirib ki, video montaj edilib, ondan məhkəmədə dəlil kimi istifadə etmək mümkün olmayacaq. 

Aktyorlar 2015-ci ilin fevralında ailə qurub. Bu ilin mayında Ember boşanmaq üçün məhkəməyə müraciət edib, Deppin onu döydüyünü, yaşaya bilmədiyini söyləyib.



Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az