Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən Samux Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə gedişi “Sürgün” kimi qiymətləndirilən Alı Qocayev Samuxda əhali ilə münasibətləri tez bir zamanda qurmağı bacarıb. Samuxdan “Vətəninfo.az”a daxil olan məlumata görə, A.Qocayev bu günə kimi rayonda əhaliyə divan tutan bəzi məmurlarla yollarını ayırıb. Bu məmurlar icərisində eks icra başçısı Vilyam Hacıyevin “sağ qolu” kimi tanınan Təhsil Şöbəsinin müdiri Hidayyət Əhmədovu işindən uzaqlaşdırmaqla “təmizləmə ”əməliyyatına başlayan A.Qocayevin bəzi müavinlərlə də vidalaşacağı deyilir. Məlumata görə, uzun illər V.Hacıyevə müavinlik etmiş Tahir Qarayevdə vəzifəsini itirə bilər. Buna səbəb isə Tahir Qarayevin Alı Qocayevin getmək istədiyi ərazidəki sahələrə, başçının xəbəri olmadan məlumat verməsidir. Məlumata görə, Alı Qocayev rayona təyinatından sonra yerlərdəki işlərlə tanış olmaq üçün əraziyə baxışa çıxan zaman , T.Qarayev başçının əraziyə gəlişi haqqında əvvəlcədən məlumat veribmiş. Bu hal isə Alı Qocayevin xoşuna gəlməyib. Məlumatlı mənbə Alı Qocayevin T.Qarayevdən canını qurtarmaq istəməsinin digər səbəbləri də var.
Kamran
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?