Azərbaycan alimləri üçün “Alimlər şəhərciyi”nin tikilməsi barədə razılıq əldə olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib ki, alimlərlə bağlı daha bir məsələ də dövlət tərəfindən dəstələnərək öz həllini tapıb: “Şamaxının Pirqulu qəsəbəsində alimlər üçün istirahət zonası yaradılacaq və alimlər həmin zonada rahat formada istirahət edə biləcəklər”.
A.Əlizadə deyib ki, Azərbaycan alimləri 2014-cü ildə elm tarixində mühüm yeniliyə imza atıb: “5 ildə aparılan işlər nəticəsində “Dünya palçıq vulkanları atlası” tərtib olunub. Atlas İtaliyada çap edilir. Bu nəşr dünyada ilk dəfə ümumiləşdirilmiş böyük atlasdır. Orada bütün ölkələrdə geniş yayılmış palçıq vulkanları əks olunub. Bu gün Azərbaycanda da 300-dən artıq palçıq vulkanı müəyyən edilib. Onların hamısı da bu atlasda əks olunub. Bundan əlavə, 7 ildə dövlət proqramı üzərində yer təkinin yeni modeli hazırlanıb”.
AMEA prezidenti qeyd edib ki, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ və Xəzərdən oxunmuş tarix” kitabı, Kamal Abdullayevin, Yaqub Mahmudovun və digər alimləri yazdıqları əsələr, kitablar humanitar-ictimai elmlər bölməsinin uğurlarıdır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?