Almaniya Ərdoğanın müşavirini həbs edir

Almaniya Ərdoğanın müşavirini həbs edir
Dekabr ayında Almaniyada casusluq iddiası ilə tutulan üç Türkiyə vətəndaşı məhkəmə önünə çıxarılacaq.
Məhkəmə önünə çıxarılacaq şəxslərin hər biri Milli İstihbarat Təşkilatına məlumat ötürməkdə günahlandırılır. Tutulan şəxslərdən birinin Ərdoğanın keçmiş müşaviri Məhəmməd Taha olduğu bildirilib. Digər iki nəfərin adı Əhmət Duran və Göksəl adlı şəxsdir.
Almaniya Baş Prokurorluğunun iddiasına görə, nəzarətə alınan şəxslərin rəhbəri Məhəmməd Tahadır. Məhz o, Almaniyada yaşayan türkiyəli müxaliflər haqqında məlumat toplamaqla bərabər, kürd aktivistlərin fəaliyyəti barədə də Türkiyə kəşfiyyatına məlumat ötürüb. Hər üç şəxsə əmri birbaşa Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan verib.
Axar.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az