Drezdendəki “Alm.az” Cəmiyyəti Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbir keçirib.
“Vətəninfo.az” xəbər verir ki, Almaniyanın Saksoniya əyalətinin paytaxtı Drezdendə “Alm.az” Cəmiyyəti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtlarından biri olan Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Tədbirdə soydaşlarımızla yanaşı alman ziyalıları, tarixçiləri, yəhudi, Ukrayna, Estoniya, Litva, Qazaxıstan icmalarının nümayəndələri iştirak ediblər. Tədbirdə qonaqlara Şuşa şəhərinin tarixi, mədəniyyəti, dünya mədəniyyəti və incəsənətinə böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri, ermənilərin Dağlıq Qarabağa sonradan köçürülməsi, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonu işğal etməsi, 1 milyon azərbaycanlının öz doğma torpaqlarını tərk etməyə məcbur olaraq qaçqın və məcburi köçkün taleyi yaşaması, BMT Təhlükəsizlik Şurasının, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi torpaqları dərhal azad etməsini tələb etməsinə dair qətnamələrə əməl etməməsi barədə ətraflı məlumat verilib.
Dağlıq Qarabağ və Şuşanın işğaldan əvvəl və işğaldan sonrakı görüntülərini əks etdirən sənədli film nümayiş etdirilib. Tədbir iştirakçılarına tarixən Azərbaycan torpağı olan Qarabağın, Şuşanın işğalından bəhs edən kitablar, yazılı sənədlər və disklər təqdim olunub.
Mirvari Nəcəf
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ