Almurad Əliyev Rövşanəni müdafiə etdi - MÜNASİBƏT

Almurad Əliyev Rövşanəni müdafiə etdi - MÜNASİBƏT

"200 manata satılanların sözünə qulaq asmaq olmaz"

Ötən gün bəzi mətbuat orqanlarında Elşad Abdullayevin yaydığı video ilə paralel Rövşanə Əliyevanın mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsində iştirakı ilə bağlı "Gündəlik Bakı" qəzetində dərc olunan məlumatın eyni vaxta təsadüf etməsi başadüşülən deyil.

Buda ondan xəbər verir ki, həm yayılan video, həm də "Gündəlik Bakı"qəzetində dərc olunan məlumat eyni əldən sifariş olunub.

Mərhum Əbülfəz Elçibəyin zəhərlənməsində Rövşanə Əliyevanın günahlandırılması məsələsi ciddi bir iddiadır və bu iddianı ortaya atanlar bunu sübuta yetirməyə qanun qarşısında məcburdurlar. Əkstəqdirdə onlar qanun qarşısında şər və böhtana görə məsuliyyət daşıyacaqlar.

Bu məlumatlarla bağlı ilkin olaraq Rövşanə Əliyeva ilə əlaqə saxladıq və onun məsələlərə münasibətini öyrəndik.
R.Əliyeva bildirdi ki, bu, dələduzluq və adam aldatmaq maddəsi ilə həbs olunan Şəmsiyə Bəylərqızı, Elşad Abdulayev, "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyev, Elman Türkoğlu və Hafiz Hacıyev tərəfindən növbəti məkrli planın gündəmə gəlməsidir: "Bunlar  hesab edirlər ki, belə bir plan qurmaqla, şər və böhtan atmaqla,məni həbs etdirəcəklər. Amma mən də bunların şər və böhtanına qanunla cavab verəcəm".

Vətəninfo.az-a açıqlamasında Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev isə yayılan məlumata sərt münasibət bildirdi:
"Bunlar özlərini nə sayırlar? İnsanda durub qadına şər atar? 200 manata aldananların dediyi fikirləridə durub xəbər kimi yaymaq biabırçılıqdı. Rövşanə Əliyeva Əbülfəz Elçibəyi harda görüb? 1993-cü ildə Rövşanə harda idi ki, Elçibəyi görsün? Mən dünən bəzi mətbuatdakı dostlarımıza zəng edib fikrimi dedim və onlarda məni başa düşdülər. Hər şeydən öncə bu adamlar dedikləri sözün məsuliyyətini anlamalıdırlar. Siz bilib-bilmədən durub bir qadına elə bir şər atırsınız ki, sonra bunun altından çıxa bilməzsiniz. Hafiz Hacıyev  quyuya bir daş atıb,indi sizdə durub başqalarına şər ataraq özünüzü kimə oxşadırsınız? Ayıb deyilmi?".

Kənan

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az