Ana qızı ilə birgə özünü 2-ci mərtəbədən atdı

Ana qızı ilə birgə özünü 2-ci mərtəbədən atdı
Yevlaxda Kövər kəndində qadın qızı ilə birgə intihara cəhd edib.

Miq.az Report-a istinadən xəbər verir ki, kənd sakini 1985-ci il təvəllüdlü Bayramova Aygün Mahir qızı ailə münaqişəsi zəminində körpə övladı ilə birgə özünü yaşadığı həyət evinin ikinci mərtəbəsindən yerə atıb. 
Nəticədə ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az