Antivirus yaradıcısı ABŞ prezidenti olmaq istəyir

Antivirus yaradıcısı ABŞ prezidenti olmaq istəyir
"McAfee” antivirusunun yaradıcısı, amerikalı proqramçı Con Makafi ABŞ prezidentliyinə namizəd olduğunu bəyan edib.
O, köməkçilərinin lazımi sənədləri təqdim edəcəyini bildirib. Antivirus proqramçısının namizədliyini hansı partiyadan irəli sürəcəyi bəlli deyil.
Con Makafi ilk kommersiya məqsədli antivirus proqramının yaradıcısı kimi tanınır. 1989-cu ildə o, "McAfee Associates” şirkətini yaradaraq şərti pulsuz lisenziya əsasında proqramını yaymağa başlayıb.
Avropa.info


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az