Avqustun 1-də Prezident İlham Əliyevin çıxışını təhrif etdiyinə görə fəaliyyəti dayandırılan "APA Holding” MMC ilə bağlı yekun qərar verilib.
"AzPolitika.info”nun məlumatına görə, holdinqin prezidenti Vüsalə Mahirqızı bu gün "APA Holding” MMC-nin fəaliyyətini tamamilə dayandırdığını elan edib. V.Mahirqızının bir cümləlik bəyanatında deyilir: "”APA Holding” MMC fəaliyyətini tamamilə dayandırıb”.
V.Mahirqızının bu bəyanatı APA ilə bağlı siyasi qərarın qətiləşdiyindən xəbər verir. Beləliklə, bu media holdinqin yenidən fəaliyyətə başlayacağı ilə bağlı ehtimallar aradan qalxmış oldu.
Siyasi hakimiyyətin ən uğurlu media layihələrindən biri ilə bağlı belə sərt qərarı son dərəcə maraqlıdır. APA, şübhəsiz ki, hökumətin media siyasətində çox önəmli rol oynayırdı. Bu holdinqın bir səhvə görə (Prezidentin çıxışının çüzi təhrifi-red.) üstündən xətt çəkildiyinə inanmaq sadəlövhlük olardı. APA daha böyük oyunların qurbanıdır və yüksək ehtimalla, bu populyar agentliyin belə qəfil qərarla bağlanması daha bir "imperiyanın” asta çöküşünün üzə çıxan inikalarından biridir. Belə bir prosesin getdiyi, xüsusən də son aylarda daha çox gözlə görünən olub.
Çox böyük ehtimalla, yaxın vaxtlarda APA-nı əvəz edəcək, onun informasiya məkanındakı əhəmiyyətli yerini doldurmağa hesablanacaq yeni media layihəsinin əsası qoyulacaq. Lakin şübhəsiz ki, bu layihə hökumətə APA-nın bağlı olduğu tellərlə bağlı olmayacaq…
Miq.az
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA