Arıqladan ayran resepti
Arıqlamaq istəyirsinizsə, yayda qazlı sular və meyvə
şirələrindən uzaq durmalısınız. Bütün diyetoloqlar yay aylarında həm
sərinləmək, həm də kökəlmənin qarşısını almaq üçün ayran içməyi təklif
edirlər.
Çünki ayran həm orqanizmi
toksinlərdən təmizləyir, həm də kökəlməyə qoymur. Ayranın tərkibində
toxluq hissi verən maddələr olduğu üçün uzun müddət acmağa qoymur. Bir
növ detoks funksiyasını yerinə yetirir. Üstəlik, yay depressiyasını
aradan qaldırır.
Bazar ertəsi sindromu
yaşayırsınızsa, yuxusuzluq probleminiz varsa, göz altı qaralar sizi
narahat edirsə, hətta qan azlığınız varsa, ayran için. Çünki bu
xəstəliklərin əsasında B və B12 Vitamin çatışmazlığı dayanır. Ayran, B
və B12 vitaminləri ilə zəngin olduğundan, bu məsələdə çox təsirlidir.
Üstəlik, bağırsaqların nizamlı işini təmin edir. Əgər həzm sisteminizdə
problem varsa, ayranın müalicəvi təsiri olduğunu unutmayın və gündə
mütləq1 stəkan için.
Tərkibi:
2 qaşıq az yağlı qatıq
1 stəkan su
2 budaq şəklində şüyüd
1 çay qaşığı nanə
2 budaq cəfəri
1 ədəd doğranmış xiyar
Hazırlanması:
Bütün ərzaqları blenderin içinə atıb qarışdırın. Hazır olduqdan sonra içinə buz əlavə edib için.
Movqe.az