Arzu Kazımovun həbsi kimə xidmət edir?

Arzu Kazımovun həbsi kimə xidmət edir?

Vətəninfo.az-ın “Təzadlar”a istinadən məlumatına görə, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin (ABU) sabi rektoru Elşad Abdullayev Fransanı tərk edərək Avropanın başqa bir ölkəsinə qaçıb. 
Bir müddətdir ki, hakimiyyətdaxili qruplaşmalardan birinin videotekasına çevrilən və qalmaqallı videoları və ölkənin yüksək vəzifəli məmurlarını ittihamlayıcı açıqlamaları ilə gündəmdən düşməyən Elşad Abdullayev tanınmış iş adamı, hazırda həbsdə olan Arzu Kazımovun vəkilinin məlum şok müsahibəsindən sonra susmağa üstünlük verməsinin ardından Parisi tərk etməsində elə bir yenilik axtarmağına dəyməz.
Məhşur filmdə deyildiyi kimi “Hərif çabalayır”. Hansı ki, E.Abdullayev indiyədək ictimai fikirdə qardaşı Mahir Abdullayevin oğurlanması və bu ətrafda ölkənin yüksək çinli məmurlarının, bəzi tanınmış insanların onun tapılması üçün əvəzində pul sövdələşmələrinə getməsini israrla bildirərək həqiqətən də şok effekti yaratmağa çalışmış və buna da qismən nail ola bilmişdi.
Lakin A.Kazımovun vəkilinin məlum müsahibəsində (həmin müsahibə ölkənin iqtidarlı-müxalifətli bütün KİV-lərində, xəbər portallarında geniş formada təqdim olunmuşdur) birmənalı şəkildə E.Abdullayevin qardaşının oğurlanmasından deyil, öldürülməsindən söhbət açır, həm də Elşad Abdullayevin qardaşının ölümündə əli olduğunu sərt şəkildə bildirirdi...
Bundan sonra E.Abdullayevin isə vəkilin bu açıqlamalarına cavabı özünü çox gözlətmədi, lakin bu cavabda əvvəlki vaxtlarda hamının öyrəşdiyi videolu sərt ittihamdan əsər-əlamət yox idi. Və ardınca da E.Abdullayevin bu günə kimi susması maraq doğurur. Axı o, neçə vaxt idi ki, 400-ə qədər videosunun olduğunu, bu videoları yayan kimi ölkəni çaxnaşma bürüyəcəyini, “xalqın onları süpürüb atacağını" deyərək hədə də etmişdi... Bəs nə oldu?
“Təzadlar” yazır ki, bu gün qəzetin redaksiyasına olduqca maraqlı bir məlumat daxil olub. Məlumata görə, E.Abdullayev A.Kazımovun vəkilinin Baş Prokurorluğa vəsatət verərək qardaşının öldürülməsində əli olduğundan E.Abdullayevin zərərçəkən kimi tanınması barədə istintaqın məlum qərarının ləğv olunmasını, onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasını tələb etməsindən sonra E.Abdullayev Fransanı tərk edib, başqa bir ölkəyə gedib... Bu məlumatı təsdiqləyən bir əsas da budur ki, E.Abdullayev bir neçə gün əvvəl özü KİV-lərə açıqlamasında bildirmişdi ki, “Onun qənaətinə görə, istintaq Arzu Kazımovu 3 aylıq həbs qətimkan tədbiri qərarının müddəti başa çatan kimi", yəni fevralın 5-6-da azadlığa buraxacaq. Ondakı bu qənaət isə, özü demiş, A.Kazımovun vəkilinin “Təzadlar“dakı məlum qalmaqallı müsahibəsindən sonra ortaya çıxmışdı. Deməli, heç nə səbəbsiz deyil! E.Abdullayev A.Kazımova qarşı olan məlum ittihamlarında yalan söyləyən tərəf olduğunu görməyə başlayıb. Təbii ki, A.Kazımov buraxılarsa, istintaq onların yerini dəyişməli olacaq... Bu, A.Kazımovun vəkilinin dediyi kimi, artıq reallıqdır-E.Abdullayev həbs olunmalıdır!
Burda diqqət çəkən başqa bir məqam isə E.Abdullayevi bu günə kimi himayə edənlərdirlər ki, artıq onlarda Arzu Kazımova, və neçə-neçə günahsız insanlara qarşı qurduqları pis niyyətli oyunların faş olduğunu görməyə başlayıblar. Davamlı olaraq Bakıdan Elşad Abdullayevin videolarını internet şəbəkələrinə yükləyənlər ipin ucunu qaçırdıqlarını və niyyətlərinin qanunları aldada bilməyəcəklərini anlamağa başlayıblar.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, bu qüvvələr hesab edirlər ki, Arzu Kazımovu həbs etdrməklə, Ramiz Mehdiyevi zəiflədəcəklər. Halbuki, Arzu Kazımovun Ramiz Mehdiyevlə bu və ya digər şəkildə əlaqələrinin olmadığını anlaya bilmirlər.
İkincisi isə bu qüvvələr düşünürlər ki, istər İsmayıllıda, istərsə də Neftçalada vəziyyəti qarışdırmaqla Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovu qarşı-qarşıya gətirəcəklər və ölkə rəhbərliyinə iki sadiq insanı bir-birinə qarşı qoya biləcəklər.
Əgər həmin qüvvələrin nəzarətində olan mətbuat orqanlarına, xəbər portallarına diqqət yetirsəniz görərsiniz ki, əsas məqsədləri Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovu qarşı-qarşıya gətirməkdi.
Bu qüvvələrin əlində olan KİV-də buna ad belə qoyulub, “Naxçıvan klanı”. Belə bir klanın var olub-olmadığı bilinməsə də Elşad Abdullayevin mənasız videoları ilə, Arzu Kazımov kimi vətənsevəri həbsə salmaqla, bir-iki rayonda qarmaqarışıqlıq salmaqla nəyəsə nail olacaqlarını düşünürlərsə burda yanılırlar.

Vətəninfo.az
İnformasiya şöbəsi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az