Asif Əsgərov KİV nümayəndələrin təbrik etdi

Asif Əsgərov  KİV nümayəndələrin təbrik etdi

“Vətəninfo.az”  xəbər verir ki, kütləvi inflormasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail rayon İcra Hakimiyyətində Milli Mətbuat gününün 137 illiyi ərəfəsində «Mətbuat-cəmiyyət münasibətlərinin inkişafı» mövzusunda tədbir keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və  30-dan çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri giriş sözü  ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayıb və bildirib ki, bu il artıq 137 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. 

A.Əsgərov vurğulayıb ki, Azərbaycan xalqının ümümmilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plyuralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıı, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formaldaşmış, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Onun sözlərinə görə, ulu öndərin müvafiq Fərmannı ilə mətbuat üzərində senzura ləğv edilib,qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları əvvəlcə dondurulmuş, sonradan isə birdəfəlik olaraq ləğv edilib.  Mərasimdə A.Əsgərov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.  Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı ölkə başçısının sərəncamına əsasən tikintisi aparılan KİV nümyaəndələri üçün yaşayış binasının məhz Səbail rayonunda yerləşməsini də əlamətdar hal kimi qeyd edib.Tədbirdə  Səbail rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri  İsrafil Kərimov bir il ərzində mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermiş, qeyd etmişdir ki, yaxın vaxtlarda Fondun və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Fərdi curnalist  yazıları müsabiqəsinə start veriləcəkdir.

Tədbirdə çıxış edən «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə   və başqaları Milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışıb.

  Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə 30-dan çox  KİV nümayəndəsinə Səbail rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az