AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər

AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcəklər
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri iyun ayında Azərbaycana səfər edəcəklər.
 
Bu barədə APA-nın Avropa bürosuna açıqlamasında AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bildirib.
 
Onun sözlərinə görə, digər həmməruzəçi - rumınıyalı deputat Sezar Preda ilə gerçəkləşdirəcəyi səfər Azərbaycanda bir dairə üzrə keçiriləcək seçkilərlə əlaqədardır: "Azərbaycanda bir seçki dairəsi üzrə seçkilər iyunun 18-də keçiriləcək və biz bu seçkilərdən Azərbaycana növbəti dəfə səfər etmək imkanı kimi yararlanacağıq. Biz həm keçiriləcək seçkiləri müşahidə edəcək, həm də hökumətlə danışıqlarımızı davam etdirəcəyik”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az