Astan Şahverdiyev S-400 raketlərindən danışdı-Rusiyanın BÖYÜK azərbaycanlıları
Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlılarla barədə işlətdiyi ifadələrlə bağlı Miq.Az-a açıqlama verib.
Miq.az-a münasibət bildirən deputat ehtiyatsızlıq üzündən işlətdiyi ifadəyə görə insanları inctməsindən təəssüfləndiyini bildirib. A.Şahverdyievin sözlərinə görə, o, kobud ifadə səsləndirmək fikrində olmayıb: "Mən çox təəssüf edirəm ki, ehtiyatsız deyilmiş söz insanları bu qədər incidib. Mən bilməzdim ki, bu ifadə cəmiyyətdə bu qədər rezonans yaradacaq. Mən əlbəttə, elə demək istəməmişəm. Cəbrayıllılarla baş verən insidentdən sonra mənə "Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orda yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Məqsədim insanları incitmək, təhqir etmək deyildi. Mən bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları var və onlarla şəxsən tanışam”.
O ki qaldi Rusiyada yaşayan azərbaycanlılarla bağlı "otxod" ifadəsinə, A.Şahverdiyev özünü fikirlərini düzgün ifadə etməməkdə qınayıb:
Bir dəfə Rusiyada böyük ziyafət məclisində dedim ki, indiyə kimi Rusiyada azərbaycanlılara "bazar adamı" gözüylə baxırlar, amma əslində belə deyil. Rusiyada kifayət qədər azərbaycanlı var ki, onlar Rusiyanın iqtisadiyyatında, hərb sahəsində də, biznes sektorunda böyük imzalara sahib olublar. Rusiya ordusunun ən müasir raket-zenit komleksinin, S-300 və S-400 raketlərinin ixtiraçısı da məhz azərbaycanlıdır.
Rusiya Neft Akademiyasının məşhur insanı-Fərman Salmanovun adı nəinki Azərbaycanda, Rusiyada və bütün dünyada hörmət-izzətlə çəkilir.
Moskvadakı azərbaycanlı Kərim Kərimov - 25 il kosmosa uçanlar ona təzim edib uçurdular...
Sabit Orucov kimi şəxsiyyətləri olub Azərbaycanın. Hansı ki, uzun müddət SSRİ Qaz Səneyisi Naziri olub. Bu yaxinlarda Moskvada onun büstünün açılışında çıxış edib bu görkəmli şəxsiyyət haqqında məlumat vermişəm ordakı insanlara.
Moskvadakı ziyalı azərbaycanlılar yüzlərlə, minlərlədir...Bu mövzu heç vaxt müzakirə mövzusu ola bilməz!!!
"Fikirlərimi düzgün ifadə etməmişəm. Buna görə də təəssüf hissi keçirirəm ki, ifadəm belə alınıb. Buna görə nə cəza vermək istəyirlərsə, mən hazıram. İnsanları incitdiyimə görə təəssüf edirəm”.
Miq.Az