Ağsu aşırımında sürüşmə aktivləşdi

Ağsu aşırımında sürüşmə aktivləşdi
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinin 149-cu kilometrliyində baş vermiş sürüşmə aktiv fazadadır.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının mütəxəssisi Teymuraz Ələkbərov məlumat verib. O deyib ki, aidiyyəti orqanların əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilib, hazırda "Azəravtoyol"un əməkdaşları tərəfindən yolda bərpa işləri aparılır.

T.Ələkbərov qeyd edib ki, sürüşmə sahəsinin eni 35-40 metr, uzunluğu 40-50 metr, qırılma qaşının hündürlüyü isə 4-5 arasında dəyişir: "Sürüşmə aktiv fazadadır. Əgər əraziyə atmosfer yağıntıları düşsə, sürüşmənin sahəsi bir qədər də böyüyə bilər. Yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmayıb".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az