Atasının adını daşıyan şəhid oğlu 1-ci sinfə getdi - FOTO

Atasının adını daşıyan şəhid oğlu 1-ci sinfə getdi - FOTO

Bu gün Azərbaycanda yeni dərs ili başlayıb.
İlk dəfə məktəbə gedən uşaqlar arasında şəhid övladları da var.
Onlardan biri 2016-cı ilin Aprel döyüşlərində şəhid olan zabitimiz, leytenant Qabil Orucəliyevin oğlu Qabildir. Atası şəhid olmazdan 4 gün əvvəl, 2016-cı ilin 29 mart tarixində dünyaya gəlmiş balaca Qabil atasının ad-soyadını yaşadır.
Qeyd edək ki, şəhid leytenant Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib./Bakupost.az/



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az