ATƏT-dən Qarabağla bağlı çağırış

ATƏT-dən Qarabağla bağlı çağırış
ATƏT Parlament Assambleyası (PA) Dağlıq Qarabağ zonasında hərbi eskalasiya ilə bağlı narahatlığını ifadə edir və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırır.
 
Axar.az xəbər verir ki, ATƏT PA-nın qəbul etdiyi Tbilisi bəyannaməsinin 9-cu maddəsində ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə həlli üçün səylərin artırılmasına davamlı ehtiyac olduğu, tərəflərin ərazi bütövlüyünə və suverenliyinə tam hörmət əsasında, Helsinki Yekun Aktı və BMT-nin Nizamnaməsinə uyğun olaraq təhdid və güc tətbiqindən çəkinmənin vacibliyi qeyd edilir.
 
Qətnaməyə bu maddə ATƏT PA-dakı Azərbaycan nümayəndə heyəti tərəfindən daxil edilmiş düzəliş şəklində əlavə edilib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az