ATƏT-İN MİNSK QRUPUNUN MƏSULİYƏTSİZLİYİ...

ATƏT-İN MİNSK QRUPUNUN MƏSULİYƏTSİZLİYİ...

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri var və bu ərazilərdə erməni işğalçı qüvvələrinin həyata keçirdiyi bütün tədbirlər qanuna ziddir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində nə iqtisadi fəaliyyət göstərə bilməz, nə də həmin ərazilərdə bütövlükdə beynəlxalq hüquq və normaların prinsiplərinə zidd əməllərə yol verə bilməz. Ermənistan tərəfi isə bütün vasitələrlə işğal etdiyi Dağlıq Qarabağda qondarma rejim yaradaraq onu beynəlxalq miqyasda tanıtmaq istəyir. Lakin bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən qəbul edilib. Dağlıq Qarabağ ərazisi də daxil olmaqla Azərbaycan torpaqları BMT-nin sənədlərində öz ərazimiz kimi təsbit olunub. İndiyədək Ermənistan tərəfinin Dağlıq Qarabağda qondarma rejim quraraq burada hər hansı formada onu tanıtmaq cəhdi iflasa uğrayıb və bundan süonra da belə olacaq. 

Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupuna üzv olan həmsədr ölkələr – Rusiya, Fransa və ABŞ öz nümayəndələri (həmsədrlər) vasitəsilə bu peosesə təsir göstərirlər. Bu ölkələr həm də BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzv ölkələridir. Yəni, bu dövlətlər sıradan biri deyil, əksinə beynəlxalq aləmdə nüfuzu olan və beynəlxalq münasibətlərdə yaranan problemləri həl etməyə məsuliyyət daşıyan ölkələrdir. Əslində BMT TŞ beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi qorumalıdır, buan cavabdeh və məsuldur. Harada müharibə, qəsbkarlıq, işğlçılıq və münaqişə varsa, BMT TŞ da bunları aradan qaldırmağa çalışmalıdır. Əks təqdirdə beynəlxalq münasibətlərdəki nizam-intizam pozulacaq. 

İkinci dünya müharibəsindən sonra formalaşmış olan beynəlxalq münasibətlər sisteminin altına “gec partlayan minalar” qoymaq lazım deyil. Dünyada mövcud olan hər bir münaqişə ocağı beynəlxalq münasibətlərin və təşkilatların diqqətindədir və bunların həll olunmaması növbəti yeni münaqişələrin yaranmasına, işğalçılara bəraət qazandırılmasına və onların şirnikləşdirilməsinə, “güclüsənsə, o zaman sən haqlısan” prinsipinin tədricən daha üstün mövqeyə gətirib çıxarılmasına səbəb olur. Bütün bunlara görə də ATƏT-in Minsk qrupunun həmsədrləri səsləndirdikləri fikirlərdə çox dəqiq olmalıdırlar, beynəlxalq normalara uyğun çıxışlar etməlidirlər, beynəlxalq təşkilatların, xüsusilə onların mandat aldığı ATƏT-in prnsiplərinə uyğun hərəkət etməlidirlər. 

Əgər həmsədrlər buna zidd bəyanatlar verirlərsə, təbii ki bu zaman ilk növbədə ATƏT-ə hörmətsizlik etmiş olurlar, eyni zamanda vasitəçilik işi ilə əlaqədar gördükləri işlərin üzərinə kölgə salmış olurlar və ATƏT-in Minsk qrupunun bu münaqişənin sülh yolu ilə həllinə kömək edə bilməməsi haqqında birdəfəlik fikir yaradırlar. Belə bir fikir tam yarandıqda isə Dağlıq Qarbağ münaqişəsinin həllində hərbi yolun da mümkünlüyü qaçılmaza çevriləcək. 

VASİF HƏSƏNLİ



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az