Çay içməyə deyil.yoxlama aparmaq üçün
Son günlər İmişli rayonunda baş verən olaylar, dövlət orqanlarının diqqət mərkəzində qalmaqda davam edir. “Vətəninfo.az”-a Azərbaycan Respublikası Auditorlar Palatasındakı mötəbər mənbələrdən daxil olan məlumata görə, Auditorlar Palatası İmişli rayonunda bir sıra yerli dövlət orqanlarında yoxlamalara başlayacaq. Məlumata görə, əsas yoxlamalar İmişlidəki mənbə onu da bildirdi ki, rayonda son bir neçə ildə baş verənlər və dövlətin insanları çapıb-talayanlara qarşı başlatdığı səmərəli fəaliyyəti İmişli əhalisi tərəfindən rəğbətlə qarşılanmaqdadı.
Məmmədəli İbrahimov Cəlal Əliyevin və Gülhüseyn Əhmədovun adından istifadə edir
İmişli Tibbi-Sosial Ekspert Komissiyasının sədri Məmmədəli İbrahimov “Vətəninfo.az”-da haqqında gedən məlumatlara münasibət bildirmək əvəzinə “haqqımda nə yazırlar-yazsınlar” deyir. Qeyd edək ki, qurumun sədri rayonun eks-icra başçısı, millət vəkili Gülhüseyn Əhmədovun yaxın qohumudu və day-dayısının güclü olmasına güvənərək, İmişlidə əlillik dərəcəsi alanlara qarşı Səlib yürüşü həyata keçirir. M.İbrahimovla bağlı mənbəmiz onu da bildirib ki, ondan haqqında yazılanlara reaksiya verməsi istənilib. Amma o “Cəlal Əliyev, Gülhüseyn Əhmədov kimi dayısı olana kim nə deyə bilər?” deyə cavab verib. Amma hazırda M.İbrahimovun bu günə kimi əlillik dərəcəsi alanlara qarşı tutduğu mövqe və əlil olmayan şəxslərə necə və hansı saxta sənədlərlə əlillik dərəcəsi verməsini subut edəcək faktlar topladığımızdan, bu və ya digər bir fikir səsləndirmək istəmirik. Artıq bir neçə faktlar mənbəmiz tərəfindən əldə olunub və biz onların hər birini sizə təqdim edəcəyik.
Bizi izləyin.
Kamran